Bu gün axşam saatlarında şimal bölgəsinə yağan güclü yağış bir sıra fəsadlar törədib. Nəticədə Qusar rayonunda 4 yaşayış evi çöküb.
Qusar rayon Fövqəladə Hallar Komissiyasının sədri Şahid Fərəməzovun verdiyi məlumata görə, çökən evlərdən üçü Qusar şəhərində, digərisi isə rayonun Çiləgir kəndində yerləşir.
Leysan nəticəsində bəzi yaşayış evlərini su basıb. Əraziyə texnika cəlb olunub./apa
7news.az








