RU
Qusarda ikimərtəbəli ev yandı: 1 nəfər xəsarət aldı
14:00
105

Qusarda ikimərtəbəli ev yandı: 1 nəfər xəsarət aldı

Qusar rayonunun Cibir kəndində ümumi sahəsi 216 m² (hər mərtəbəsi 108 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları 106 m² sahədə və dam örtüyü yanıb.

Fövqəladə Hallar Nazirliyindən 7News.Az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ