Qusar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun mərkəzində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Osmanov Abuzər Osman oğlu xəsarət alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.
7NEWS.Az








