ABŞ prezidenti Donald Tramp BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb.
7news.Az xarici KİV-ə istinadən xəbər verir ki, Trampla Quterreş İran, Suriya və Şimali Koreya ətrafındakı məsələləri, BMT-nin islahatlarını müzakirə ediblər. Tramp BMT-nin fəaliyyətinin daha da effektiv olması üçün səylərini gücləndirəcəklərini vəd edib.
Tərəflər ümumi təhlükələrə qarşı növbəti aylarda birgə işləməyə razılıq veriblər.
7news.Az







