"Əli İnsanovun son video-müraciətini təqdir edirik və bəyənirik. Çox məntiqli və adekvat yanaşmadır. Hazırda bütün siyasətçilər ilk növbədə dövlətçilik xəttini əsas götürməlidir və görünən budur ki, Əli İnsanov da həmin xətti əsas götürüb. Bu düzgün mövqeyinə görə onu həm də təbrik edirəm” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Əli İnsanov yanlış mövqedə olanda tənqidlərimizi etmişik, açıq fikirlərimizi bildirmişik. Amma həqiqəti dərk etmək heç bir zaman gec deyil. Mən çox sevinirəm ki, İnsanov bu gün ən düzgün mövqeni nümayiş etdirir, dövlətçilik məfkurəsindən çıxış edir, bir siyasətçiyə yaraşan bəyanatlar verir.
Və bir məqamı da qeyd edim. Son günlər sosial şəbəkələrdə İnsanova qarşı radikal müxalifət cəbhəsindən hücumlar başlanılıb. Düşünürəm ki, qaraguruhun Əli İnsanova irad tutmağa haqqı yoxdur. Həm də heç yoxdur! Əli Kərimli və onun ətrafındakı anti-milli ünsürlər kimisə ittiham etmək əvəzinə gedib öz rəzil vəziyyətləri və həmin rəzalətə gətirib çıxaran səbəblər haqda düşünməlidirlər.” - deyə Partiya sədri fikirlərinə davam edib.








