Bu gün BMT tribunalı Bosniyanın keçmiş serb lideri Radovan Karadzicə hökm oxunub.
1995-ci ildə Srebrenika qırğınına göstəriş verməkdə ittiham olunan serb lideri 40 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Karadzic həmin hadisələrə görə Haaqa tribunalında mühakimə olunan ən yüksək çinli şəxsdir. 20 il öncə baş vermiş etnik müharibədə 100 mindən çox insan həlak olub.
Karadzic 11 illik axtarışdan sonra 2008-ci ildə saxlanıb. Ona qarşı əsas ittiham odur ki, 1995-ci ildə Bosniya Serb Respublikasının ali baş komandiri kimi Serbiya qüvvələrini rəhbərlik edib, onlar da 8 mindən çox müsəlman kişi və oğlan qətlə yetirib. Karadzicə qarşı daha bir ittiham isə ölkənin Bosniya müsəlmanları və etnik xorvatlardan təmizlənməsidir./qafqazinfo
7news.Az








