Azərbaycan karateçisi, dördqat dünya, on ikiqat Avropa çempionu Rafael Ağayevin ailə quracağı gün bəlli olub.
7News.Az-ın Lent.az-a istinadən məlumatına görə, tanınmış idmançı aprelin 17-də subaylığın daşını atacaq. Onun toyu Sumqayıtda yerləşən restoranların birində sevib-seçdiyi xanımla nikah masasına əyləşəcək. Rafael özəl gününə ölkənin ən tanınmış idmançılarını, şou-biznes ulduzlarını dəvət edib.
Xatırladaq ki, R.Ağayevin nişanı ötən ay olmuşdu.








