Türkiyəli məşhur müğənni Rafet el Roman və son illər parlayan gənc və istedadlı xanım müğənni Ezo Bakıda konsert verəcək.
Bu barədə 7News.Az-a konserin təşkilatçısı Nahid Emiloğlu məlumat verib.
Onun sözlərinə görə, hər iki sənətçinin yeni işıq üzü görmüş albomlarından sonra buna ehtiyac vardı: “Gözəl və maraqlı konsert olacağına əminəm. Artıq 3 il idi ki, konsert olmurdu. Bu həsrətə son qoyduq”.
Qeyd edək ki, 25 dekabrda baş tutacaq konsert proqramının təşkilatçısı Nahid, bu gözəl gün üçün yalnız məkan seçiminin qaldğını bildirib.








