RU
Rahib 30 milyon avroya görə həbs olundu
02:00
341

Rahib 30 milyon avroya görə həbs olundu

İtaliyanın maiyyə qvardiyasının əməkdaşları fevralın 10-da dələduzluğa görə katolik kilsəsinin rahibini həbs ediblər.

7news.az musavat.com-a istinadən xəbər verir ki, 64 yaşlı rahib Patriçio Benvenuti İtaliyanın Genue şəhərində həbs edilib.

Rahib 30 milyon avronu mənimsəməkdə təqsirləndirilir.

Məlumata görə, din xadimi əsasən yaşlı katoliklər olan və ölkə xaricində yaşayan 300-dən artıq insanı aldadıb.

Rahib aldadılan insanların "Benvenuti" Xeyriyyə Cəmiyyətinə bağışladıqları pulları İtaliyada və xaricdə qeydə alınan şəxsi kompaniyaların hesabına mənimsəyib.

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ