RU
Rahib elə bir şey dedi - dünya hüquq tarixi şokda
18:21
616

Rahib elə bir şey dedi - dünya hüquq tarixi şokda

Məhkəməlik olan rahib irəli sürdüyü qəribə təkliflə dünyada xəbər başlığına çevrilrdi. Hindistanın Əhmədabad şəhərinin prokuroru Kəlküttə şəhərində yaşayan rahibi ifadə vermək üçün məhkəməyə çağırıb. Amma qanunları pozmaqda günahlandırılan şəxsin tərkidünya olması vəziyyəti qəlizləşdirib.

Cayn icmasının üzvü olan Açarya Maharac indi rahibliklə məşğul olur. Onun sitayiş etdiyi Caynizm dini rahiblərdən tərkidünya olmağı tələb edir. Başqa sözlə desək, bu icmanın rahibləri nəinki nəqliyyat vasitəsi, heç at belinə də minə bilməz. Belə olan halda hakim qarşısına çıxmaqdan çəkinməyən Maharacın 2200 kilometr aralıdakı məhkəmə binasına necə gedib çıxacağı sual obyektinə çevrilib. Hindli rahib Kəlküttədən Əhmədabad şəhərinə piyada gedəcəyini açıqlayıb. Hər gün 10 kilometr yol getsə, tələb olunan ünvana 8 aya çatacaq. Məhkəmə isə onun işinə gələn ayın əvvəlində baxmaqda israrlıdır. Rahibin 8 ay yolunu gözləməkdən imtina edən hakimlər, onun haqqında yeni axtarış əmri çıxarıb. Yaxalanacağı təqdidə şübhəli zorla təyyarəyə mindiriləcək ki, bunun özü də qanun pozuntusudur.

Qeyd edək ki, Cayn rahibi illər öncə sənədlərin saxtalaşdırılmasında ittiham olunur. O, uşaqların bu dinə cəlb olunmasının qanuni olduğu ilə bağlı rəsmi qurumlara saxta sənəd veribmiş./atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ