RU
Rahid Əmirquliyev əməliyyat olundu
11:42
1348

Rahid Əmirquliyev əməliyyat olundu

"Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev əməliyyat olunub. 

7News.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Qış transfer pəncərəsi zamanı komandaya transfer edilən millimizin üzvü təlim-məşq toplanışı zamanı zədələnərək təxminən 1 ay yaşıl meydanlardan uzaq qalıb. 

Martın 2-də "Sumqayıt"la keçirilən kubok matçında "Qarabağ"ın start heyətində meydana çıxan Əmirquliyev elə ilk hissədə yenidən zədələnib. Almaniyaya göndərilən 27 yaşlı futbolçu uğurla əməliyyat olunub və hazırda reabilitasiya dönəmini keçirir. Əmirquliyevin növbəti həftə Bakıya qayıtması gözlənilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ