RU
Ramil Həsən: “Ordumuz antiterror və əks-hücum əməliyyatları həyata keçirir”
14:55
259

Ramil Həsən: “Ordumuz antiterror və əks-hücum əməliyyatları həyata keçirir”

"Qəlbi Azərbaycanla döyünən, dövlətə bağlı olan hər bir şəxs kimi mən də Ali Baş Komandanın rəhbərliyi ilə başladılan bu tarixi əməliyyatları canı könüldən dəstəkləyir, sahib çıxır, bir vətəndaş kimi veriləcək əmrdən asılı olaraq torpaqların azad edilməsi ilə bağlı gedən proseslərdə iştirak etməyə hazırıq.

Bu, bizim ürəyimizdən keçən arzu, istəkdir. Dövlətimizin və şanlı ordumuzun başlatmış olduğu əks-hücum əməliyyatlarda ən qısa zamanda uğurlu nəticələr əldə etməsi, düşmən taptağından təmizlənmiş bizim bir çox kəndlərimiz, strateji yüksəkliklərimizlə bərabər bayrağımızı Füzulidə, Cəbrayılda, Dağlıq Qarabağda, Xankəndində dağlanmasını ürəkdən arzu edirik”.

Bunu Cebhe.info-ya açıqlamasında millət vəkili Ramil Həsən deyib.

R.Həsən beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı ikili standartlar tətbiq etməsindən danışıb:

"Beynəlxalq ictimaiyyətin ikili standartlara sahib olduğunu nəzərə alaraq, bu gün reallığı da bölüşmək lazımdır ki, Azərbaycanın haq səsini, başlatmış olduğu əks-hücum əməliyyatını tam şəkildə dəstəkləyən Türkiyədir. Bir də Pakistan Azərbaycana olan dəstəyini açıq şəkildə ifadə edib. Bundan başqa bir sıra beynəlxalq təşkilatlar yenə də öz amplualarında qalaraq Azərbaycanı sanki Ermənistana hücum edirmiş kimi təqdim edərək tərəfləri yenidən 30 il olduğu kimi danışıqlar masasına çağırırlar. Fürsətdən istifadə edərək qeyd edim ki, Azərbaycan Ordusunda olan yüksək ruh bu gün xalqımızda da mövcuddur. Azərbaycan vətəndaşları ordusunun, əsgərinin yanındadır. Ona görə də beynəlxalq ictimaiyyətin nə deyib, deməməsindən asılı olmayaraq biz beynəlxalq hüquq norma və prinsipləri nəticəsində addımlarımızı atırıq.

Ordumuz antiterror və əks-hücum əməliyyatları həyata keçirir. Biz tarixi torpaqlarımızda BMT tərəfindən rəsmən tanınan və qəbul olunan ərazilərimizdə əks-hücum əməliyyatları aparırır. Heç bir beynəlxalq təşkilatlar hər hansı bir normalar və prinsiplər çərçivəsində bizi, Azrbaycan dövlətini qınağa tuş qoya bilməz. Çünki bununla bağlı əllərində heç bir hüquqi əsas yoxdur, olması da mükün deyildir.

Amma buna baxmayaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində olduğu kimi, özünün müdafiə hüququndan istifadə edərək ərazi bütövlüyünün təmin olunmasında, vətəndaşlarının dədə-baba torpaqlarına qayıtması üçün başlatdığı proseslərdə ehtiyac umacağı təqdirdə belə, kollektiv birlik və bərabərlik nümayiş etdirmək hüququna malikdir. Ali Baş Komandanın da dediyi kimi, biz, bu əməliyyatları uğurla başlamışıq və uğurlu şəkildə də yekunlaşdıracağımıza əminik”.

Vilayət Muxtar
Cebhe.info

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ