RU
Ramil Həsən TÜRKPA-da səlahiyyətlərinin icrasına başladı
11:47
140

Ramil Həsən TÜRKPA-da səlahiyyətlərinin icrasına başladı

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibinin səlahiyyətləri keçmiş Baş katib Mehmet Süreyya Erdən yeni seçilmiş Baş katib Ramil Həsənə təhvil verilib.

7News.Az AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın 15-də təşkilatın Baş ofisində keçirilən mərasimdə TÜRKPA-nın bayrağının təqdim olunması prosesi baş tutub.

Qeyd edək ki, TÜRKPA-nın 14-cü plenar iclasında qəbul edilmiş Qərara əsasən, Ramil Həsən TÜRKPA-nın Baş katibi seçilib.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ