RU
Ramil Həsənov Türkiyədə baş vermiş hərbi çevriliş cəhdini qınayıb
14:34
1676

Ramil Həsənov Türkiyədə baş vermiş hərbi çevriliş cəhdini qınayıb

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov Türkiyədə baş vermiş hərbi çevriliş cəhdini qınayıb.

R. Həsənovun yazılı açıqlamasında bildirilir: “Türk xalqına, Türkiyənin demokratik yolla seçilmiş hökumətinə, konstitusion qurumlarına və hüququn üstünlüyünə bəzi hərbi ünsürlər tərəfindən gerçəkləşdirilən çevriliş təşəbbüsünü şiddətlə qınayıram”.

R. Həsənov ölkənin gələcəyini müdafiə etmək üçün həyatını fəda etmiş insanların ölümündən böyük üzüntü duyduğunu vurğulayıb. O, Şuranın qurucu sənədi olan Naxçıvan sazişində ortaya qoyulan hüququn üstünlüyü, yaxşı idarəçilik, insan haqları  və əsas azadlıqların təminat altına alındığını xatırladaraq, Türkiyədə  həyatın sürətlə normal axarına  dönməsini arzu etdiyini bildirib./apa

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ