RU
Ramil Usubov deputatın oğluna yüksək
11:08
1442

Ramil Usubov deputatın oğluna yüksək

Baş Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi olub.

Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi Rauf Talıbov təqaüdə göndərilib. Onun yerinə isə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Elşad Məmmədov təyin edilib.

Elşad Məmmədov millət vəkili Elman Məmmədovun oğludur.

Polkovnik-leytenant Elşad Məmmədov buna qədər Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində çalışıb./apa

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ