RU
Ramil Usubov deputatın oğlunu işdən çıxardı
10:24
1139

Ramil Usubov deputatın oğlunu işdən çıxardı

Nazir əmr imzalayıb.

Milli Məclisin deputatı Elman Məmmədovun oğlu, Yasamal rayon Yol Polis şöbəsinin rəisi, polkovnik-leytenant Elşad Məmmədov tutduğu vəzifədən azad olunub.

Bu barədə deputat özü məlumat verib.

Millət vəkilinin sözlərinə görə, oğlu işdən öz ərizəsi ilə çıxıb:

`Oğlum öz ərizəsi ilə işdən çıxıb. Hazırda sərəncama götürülüb. Ola bilsin ki, yaxın vaxtlarda yeni işlə təmin olunsun`.

Qeyd edək ki, Yasamal rayon Yol Polis şöbəsinin rəisi, polkovnik-leytenant Elşad Məmmədov Daxili İşlər naziri Ramil Usubovun əmriylə tutduğu vəzifədən azad edilərək, sərəncama götürülüb. O, 1993-cü ildən başlayaraq yol polisində çalışır./azvision

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ