RU
Ramil Usubov generalın qardaşını rəis təyin etdi
20:43
1515

Ramil Usubov generalın qardaşını rəis təyin etdi

Bakı şəhəri, Nizami Rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi vəzifəsinə təyinat olub.

Bu vəzifəyə polis mayoru Firdovsi Yusubov təyin edilib.
F.Yusubov bu təyinata qədər Bakı Şəhər Baş Polis İdarəsində alay komandirinin müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Nizami Rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin əvvəlki rəisi polis polkovnik-leytenantı Fazil Quliyev olub. O, vəzifəsindən azad edilərək Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Avtonəqliyyat Vasitələrinin Axtarış Şöbəsinə rəis vəzifəsinə təyin edilib.

Qeyd edək ki, F.Quliyev daxili işlər nazirinin müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyevin qardaşıdır. /report

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ