Nazir müvafiq sərəncam izmalayıb.
Nərimanov rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad olunub.
7news.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, daxili işlər naziri, generel-polkovnik Ramil Usubovun əmri ilə polis polkovniki İsmayıl Əsədov Nərimanov rayonunun rəisi vəzifəsindən azad olunub.
Digər əmrlə o, Kürdəmir rayon Polis İdarəsinə rəis təyin edilib.
Qeyd edək ki, İ.Əsədov ölkənin tanınmış polis zabitlərindəndir. O, Bakının bir neçə rayonunda polis rəisi vəzifəsini tutub.
7news.Az








