Qərb bölgəsində kadr dəyişikliyi.
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinin rəisi və rəis müavini vəzifələrindən azad ediliblər.
7News.A-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə daxili işlər naziri general-polkovnik Ramil Usubov əmr imzalayıb.
Əmrə əsasən, regional şöbənin rəisi, polis polkovniki Anar Əkbərov və onun müavini, polis polkovnik-leytenantı Rəfail İsmayılov vəzifələrindən azad ediliblər.








