Bu gün Azərbaycanın Daxili İşlər naziri, general polkovnik Ramil Usubovun ad günüdür.
Ramil Usubov 1948-ci il dekabrın 22-də Xocalıda anadan olub. 1973-cü ildə N.Rzayev adına Bakı Xüsusi Orta Polis məktəbini, 1980-ci ildə SSRİ DİN-in Akademiyasını bitirib.
1970-ci ildə daxili işlər orqanlarında fəaliyyətə başlayan R.Usubov 1975-ci ildə Şuşa RPŞ-nin Cinayət axtarışı bölməsinin rəisi, 1980-84-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Daxili İşlər idarəsinin rəis müavini, 1984-87-ci illərdə Əlı Bayramlı ŞPŞ-nin rəisi vəzifəsində çalışıb.
1987-89-cu və 1993-94-cü illərdə Naxçıvan MR Daxili İşlər naziri işləyib, 1989-93-cü illərdə AR DİN Cinayət axtarışı idarəsinin rəisi və s. vəzifələrdə çalışıb.
1994-cü il aprelin 29-dan Azərbaycanın daxili İşlər naziridir.
1994-cü ildən general-mayor, 2002-ci ildən general-polkovnik ali rütbəsini daşıyır.
Çoxsaylı orden və medallarla təltif olunub./axar
7news.az
nub.











