RU
Ramil Usubovun son əmri - General təqaüdə göndərildi
11:07
1785

Ramil Usubovun son əmri - General təqaüdə göndərildi

Dünən Daxili İşlər naziri vəzifəsindən azad olunan Ramil Usubovun son əmrlərindən biri polis generalı ilə bağlı olub.

7News.Az-ın xəbərinə görə, R.Usubovun bir neçə gün əvvəl verdiyi əmrlə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, general-mayor Elxan Həsənov xidmətdə olmanın yaş həddi ilə əlaqədar vəzifəsindən çıxarılaraq təqaüdə göndərilib.

E.Həsənov 1959-cu ildə İrəvan şəhərində anadan olub. 1986-cı ildən polis sistemində işləyir, 1997-ci ildə Polis Akademiyasını bitirib. Bundan öncə nazirliyin Cinayət Axtarış İdarəsinin şöbə rəisi və Nərimanov Rayon Polis İdarəsinin rəisi vəzifələrində çalışıb.

Uzun illərdir BŞBPİ-nin rəis müavini vəzifəsini tutan E.Həsənov peşəkar polis zabiti kimi tanınıb.
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ