TƏBİB sədri Ramin Bayramlının əmri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub. 7NEWS.az-ın yerli bürosunun verdiyi məlumata görə, Emin İsmayılov Şəmkir rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi şəxsin direktoru vəzifəsini icra edəcək. E.İmsayılov bunadək İcbari Tibbi Sığorta Dövlət Agentliyinin Şəmkir Regional Filialının rəhbəri olub. Məlumat üçün bildirək ki, bir müddət öncə Şəmkir rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi şəxsin direktoru Y.Quliyev tutuğu vəzifədən öz xahişi ilə azad olunmuşdu








