RU
Ramiz Göyüşün “Ellər yaşadacaq şair ömrünü” kiutabının təqdimatı keçirilib
19:17
33

Ramiz Göyüşün “Ellər yaşadacaq şair ömrünü” kiutabının təqdimatı keçirilib

06 may 2026-cı il tarixdə, Atatürk Mərkəzində  "Qazax Xeyriyyə” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanın Xalq şairi Səməd Vurğunun 120 illik yubileyi çərçivəsində, yazıçı-publisist, AYB-nin üzvü Ramiz Göyüşün "Ellər yaşadacaq şair ömrünü” kiutabının təqdimatı keçirilib. Təqdimat tədbirində ölkəmizin görkəmli ədəbiyyat və sənət adamları, şair və yazıçılar respublika ictiamiyyətinin nümayəndələri "Qazax Xeyriyyə” İctimai Birliyinin nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan, tədbirin aparıcısı, kitabın redaktoru və ön sözün müəllififi filologiya elmləri doktoru, professor Rüstəm Kamal "Xalq şairi Səməd Vurğunun 120 iilk yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2026-cı il tarixli  Sərəncamı barədə məlumat verərək  əbədiyaşar şairimiz Səməd Vurğunun yaradıcılığına, onun çoxşaxəli fəaliyyətinə və şəxsiyyətinə verdiyi  yüksək dəyərə görə vurğunsevərlər adından Prezident Cənab İlham Əliyevə təşəkkürünü bildirdi. O,qeyd etdi ki, Prezident Sərəncamına uyğun olaraq ölkəmizin hər yerində, təhsil və mədəniyyət müəssisələrində, yaradıcı kolllektivlərdə böyük şairin 120 illik yubileyi keçirilir və cəmiyyətimizin böyük hissəsi bu ovqatla yaşayır. Xalq artıq 100 ilə yaxındır ki, Səməd Vurğunu oxuyur, onu sevir, əsərlərini əzbər söyləyir və əfsanələr  danışır. Sonra prof. Rüstəm Kamal Ramiz Göyüşün müzakirəyə təqdim olunan "Ellər yaşadacaq şair ömrünü” kitabı haqqında ətraflı məlumat verərək onun məziyyətlərindən danışdı. Tədbirdə çıxış edən riyaziyyat elmləri doktoru, Qazax Xeyriyyə” İctimai Birliyinin sədri professor İlham Pirməmmədov, körkəmli dilçi, türkoloq, ədəbiyyatşünas alim, akademik Nizami Cəfərov, filologiya elmləri doktoru, professor Vaqif Yusifli, Azərbaycvan Yazıçılar Birliyinin poeziya bölməsinin rəhbəri şair İbrahim İlyaslı, texniki elmlər doktoru, şair, professor Hacan Hacısoy, vürğunşünas alim, fəlsəfə doktoru Aslan Salmansoy, Əməkdar jurnalist, şair Əbülfət Mədətoğlu, "Xalq qəzeti”nin bölgə müxbiri, yazıçı-yurnalist İlqar Həsənov, texniki elmlər doktoru, şair-professor Hacan Hacısoy, Beynəlxaq  Aktivist Sənətçilər Birliyinin Azərbaycan təmsilçisi, Birliyin Rəsm Komitəsinin rəhbəri rəssam Nəvai Metin, yazıçı Kənan Hacı, ”Yazarlar” jurnalının təssisçisi və baş redaktoru şair –publisist Zaur Ustac, şairlərdən Rafail İncəyurd, Fəxrəddin Teyyub, Zaməddin Ziyadoğlu, Zərəngiz Qayalı, İctimaiyyyət nümayəndələrindən, şəhid Teymur Abbasovun anası Başxanım Abbasova, Mehriban Abdullayeva, Şəmsiyyə Kərimova və digərləri çıxış edərək Xalq şairi Səməd Vurğunun Azərbaycan poeziyasında tutduğu müvqedən, onun həm şair, həm dramaturq, həm  görkəmli bir ədəbiyyatşünas kimi,  həm də ictimai xadim kimi çoxşaxəli fəaliyyətinin ayrı-ayrı məqamlarından ətraflı söhbət açdılar və xatirələr söylədilər. Çıxış edənlər eyni zamanda yazıçı-publisist Ramizi Göyüşün  Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığının müəyyən məqaqmlarını, xüsusilə onun Üzeyir bəy Hacıbəyli, Mir Cəlal, Osman Sarıvəlli, Xan Şuşinski, Hüseyn Arifl və digər görkəmli sənət adamları ilə, sadə insanlala dostluğunu əks etdirən məqamlar,  Səməd Vurğunun özünün ədəbiyyatımızda bir obraza çevrilməsi barədə maraqlı faktlar öz əksini tapmış, kitab urğunşünaslığa bir töhfə kimi dəyərləndirilmişdir .

 




 


 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ