RU
Ramiz Mehdiyev ikinci bəyanatını yaydı: KİMLƏRİ HƏDƏLƏDİ? ADLAR
20:34
59896

Ramiz Mehdiyev ikinci bəyanatını yaydı: KİMLƏRİ HƏDƏLƏDİ? ADLAR

AMEA prezidenti, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev son günlər ona qarşı artan hücumlarla bağlı ikinci bəyanatını yayıb. 

 

7NEWS.az xəbər verir ki, o həmin bəyanatda haqqında tənqid səsləndirənlərin hamısını hədələyib: 

"24 avqust 2020-ci il tarixində AMEA-nın rəsmi saytında xeyli müddətdir ki, qəzetlərdə və elektron KİV-lərdə mənə qarşı aparılan bəzi millət vəkillərinin də cəlb olunduğu təhqir və qaralama kampaniyasına münasibət bildirməklə bütün məsələlərin aydınlaşacağına ümid bəsləyirdim. Lakin açıqlamanın dərc edilməsindən sonra eyni ittiham və böhtanların daha da eybəcər formada təkrar səsləndirilməsi məni yeni açıqlamanın verilməsi zərurətinə inandırmış oldu”.

R. Mehdiyev deyib ki, məsələnin siyasi və hüquqi aspektləri onun mənəvi tərəfindən daha ağırdır. "Qərəzli uydurmalar səsləndirən şəxslər bilməmiş deyillər ki, sübut olmadan atılan böhtanlar və edilən təhqirlər hüquqi məsuliyyət yaradır. Bir şəxsi, xüsusilə də vəzifəli şəxsi dövlətə xəyanətdə günahlandırmaq ciddi ittihamdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən, şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda və KİV-lərdə yaymaq, habelə internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq azadlıqdan məhrumetmə cəzası ilə nəticələnir. Bu baxımdan bir vətəndaş kimi öz şərəf və ləyaqətimi məhkəmədə qorumaq hüququnu özümdə saxlayıram. Mənə riyakarcasına böhtan atan və təhqir edən millət vəkilləri Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Səməd Seyidov, Adil Əliyev, Musa Qasımlı, Qənirə Paşayeva, Elman Nəsirov, Hikmət Babaoğlu, Eldar Quliyev, Ülvi Quliyev, Hicran Hüseynova, Cavid Osmanov, Şahin İsmayılov, Malik Həsənov, Sevinc Hüseynova, Siyavuş Novruzov, siyasi politoloqlar Eldar Namazov, Elxan Şahinoğlu, Elçin Mirzəbəyli, keçmiş məmurlardan Hacıbala Abutalıbov, Abid Şərifov, Maksim Musayev, partiya rəhbərlərindən "Ağ partiya”nın sədri Tural Abbaslı, AMİP sədri Arzuxan Əlizadə, "Böyük Azərbaycan partiyası”nın sədri Elşad Musayev, "Turan” partiyasının başqanı Cahandar Bayoğlu, qəzet redaktorları Rauf Arifoğlu, Bəxtiyar Sadıqov və Sərdar Cəlaloğlu unutmasınlar ki, proseslərin belə davam edəcəyi təqdirdə mən xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək hüququmdan hər an istifadə edə bilərəm"

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ