Səfər işçi xarakter daşıyır.
Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti Çeçenistanın paytaxtı Qroznıya səfərə gəlib.
7News.Az-ın xəbərinə görə, bu barədə öz Instagram səhifəsində Çeçenistanın səhiyyə naziri Elxan Süleymanov məlumat verib.
“Hava limanında Azərbaycan Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyətini şəxsən qarşıladım”.
Qeyd olunur ki, Azərbaycan Prezident Administrasiyası rəhbərinin Çeçenistana səfəri işçi xarakter daşıyır.








