RU
Rauf Əliyevin qardaşı hakimi döydü: Daxili İşlər Nazirliyinə məlumat verilib - VİDEO
14:40
431

Rauf Əliyevin qardaşı hakimi döydü: Daxili İşlər Nazirliyinə məlumat verilib - VİDEO

Həvəskarlar arasında keçirilən MFL-də qalmaqal baş verib.

7News.Az sport7.az-a istinadən xəbər verir ki, olaylar fevralın 27-də keçirilən "Sabko" - "Qala Sığorta" oyununda yaşanıb. "Sabko"nun oyunçusu Ramil Əliyevin hakim Nahid Xasıyevə qarşı fiziki güc tətbiq edərək onu vurmasından sonra aləm qarışıb. Nəticədə matçın 23-cü dəqiqəsində hakim oyunu dayandıraraq davam etdirməyib. 

Oyundan sonra MFL-in təşkilatçıları baş verənlərlə bağlı qərar çıxarıb. Qərara əsasən Ramilin MFL-də iştirakına həmişəlik qadağa qoyulub. Üstəlik komandasına da texniki məğlubiyyət verilib. Analoji hal yenidən təkrarlanarsa komanda Liqadan uzaqlaşdırılacaq.

Hakimə hücum edilməsi ilə bağlı artıq Daxili İşlər Nazirliyinə və AFFA rəhbərliyinə məlumat verilib. Faktla bağlı araşdırma aparılır. İnsidentin video yazısı müvafiq strukturlara təqdim edilib.

Ramil Əliyev hazırda "Qəbələ"də çıxış edən təcrübəli futbolçu, yığmamızın üzvü Rauf Əliyevin qardaşıdı. Ramil vaxtilə Birinci Divizionda MOİK-in və bir sıra komandaların formasını da geyib. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ