RU
Rauf Mirqədirovun məhkəməsinin vaxtı məlum oldu
16:58
354

Rauf Mirqədirovun məhkəməsinin vaxtı məlum oldu

Prosesə hakim Əlisultan Osmanov sədrlik edəcək.

Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə məhkəmənin vaxtı açıqlanıb.

Jurnalistin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası noyabrın 4-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Əlisultan Osmanov sədrlik edəcək.

Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub.

O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ