Kuba lideri Raul Kastro 2018-ci ilin fevralında dövlət başcısı vəzifəsindən gedəcəyini açıqlayıb.
Bu barədə açıqlamanı Kastro Meksikada səfərdə olarkən, Meksika prezdenti Enrika Penya Netonun onun şərəfinə təşkil etdiyi nahar zamanı verib.
Kastro bildirib ki, o artıq Kuba xalqının babası olmaq istəmir və 2018-ci ildə öz namizədliyini irəli sürməyəcək. Bununla da Kuba xalqının ondan bezməsini istəmir.
Qeyd edək ki, Raul Kastronun 84 yaşı var. O, 2008-ci ildə Kuba dövlətinin başçısı seçilib.
O vaxta qədər isə böyük qardaşı Fidel Kastro istefa verdiyi üçün iki il müddətində müvəqqəti dövlət başcısı vəzifəsini icra edib.
7news.az








