7News.Az xəbər verir ki, onun şikayətinə Şəki Apellyasiya Məhkəməsində hakim Akif Eyvazovun sədrliyi ilə baxılır.
İş üzrə növbəti məhkəmə baxış iclası iyunun 16-na təyin olunub.
Qeyd edək ki, Məhəmməd Alıyev qadının yaşadığı evə qanunsuz girib və onu təcavüz edib.
İstintaq orqanı tərəfindən Məhəmməd Alıyevin barəsində Cinayət Məcəlləsinin 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama), 157.2-ci (mənzil toxunulmazlığını pozma, eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) və 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddələri ilə ittiham elan edilib.
7News.Az








