Türkiyənin Mersin şəhərində ət oğruları nəhayət tutulublar.
Mersində polislər qəsəbəyə dadanan oğruları saxlayıblar.
Erdemli rayonunun qəsəbələrində tez-tez oğurluq edən şəxslər ümumi olaraq 1.5 ton ət oğurlayıblar.
Necə həbs edildilər?
5 gün gecə-gündüz keşik çəkən polislər oğruları tutmaq üçün 2 dəfə qarət edilən bir qəssabın vitrininə ət doldurub, ətrafda pusqu qurublar. 5-ci gün gecə qəssabın dükanına girən oğruları tutmaq istəyən polislərə cinayətkarlardan Kamal A. adlı şəxs silahla atəş açıb. Həmin an hadisə yerinə gələn qəssab Talib Türkoğlu ayağından yaralanıb. Qısa olaraq davam edən silahlı qarşıdurmadan sonra şübhəlilər Kamal A. ilə yanındakı Ferhat K., Ömər D. və Məhəmməd A. tutulublar.
Oğurluqdan əldə etdikləri pulla lüks avtomobil kirayəyə götürüb, lüks otellərdə qalan 4 şübhəli həbs olunub./milli
7news.Az








