RU
REAL Hərəkatı parçalanır - RÖVŞƏN AĞAYEV HƏRƏKATDAN GETDİ, ALTAY GÖYÜŞOV VƏ AZƏR MEHDİYEV İSTEFAYA HAZIRLAŞIR
11:57
2786

REAL Hərəkatı parçalanır - RÖVŞƏN AĞAYEV HƏRƏKATDAN GETDİ, ALTAY GÖYÜŞOV VƏ AZƏR MEHDİYEV İSTEFAYA HAZIRLAŞIR

Tanınmış iqtisadçı ekspert Rövşən Ağayev üzvü olduğu REAL Hərəkatından istefa verib.7news.azsaytının məlumatına görə, bu barədə xəbəri R.Ağayevin özü verib.

"2011-ci ildən bəri İdarə Heyətinin (İH) üzvü olduğum REAL Hərakatından ayrılmaqla bağlı qərar vermək mənim üçün çox çətin oldu. Səbəbləri haqda çox qısa bunları deyəcəm. Təşkilatın İH-nin hər bir üzvü REAL-ı öz hədəflərinə yaxınlaşdırmaq üçün daha fədəkar olmalı idi. Bizə qoşulan üzvlərin, eləcə də təəssübkeşlərin İH-dən gözləntisi də bu idi. Təəssüf ki, müxtəlif səbəblərdən bir İH üzvü kimi mən vəzifənin öhdəsindən gələ bilmədim. Bu qərarı qəbul edərkən yanaşmam bu olub ki, hər bir kəs gərəkli ola biləcəyi yerdə olmalı, faydası toxuna biləcəyi işin qulpundan yapışmalıdır. Otən 6 ildə REAL-ın proqramının işlənməsi xarici bu təşkilata mənim heç bir töhfəm dəyməyib. Bilirəm ki, bəzi üzvlərimizin, xüsusən gənclərimizin bizlərdən gözləntriləri yüksək idi. Gözləntilərini doğrulda bilmədiyim həmin insanların hamısına bir üzr borcum var...”,-R.Ağayev bildirib.

7news.az-a daxil olan digər məlumata görə qurumun İdarə Heyətində olan ALTAY GÖYÜŞOV VƏ AZƏR MEHDİYEV də istefaya hazırlaşır. Görünən odur ki, REAL hərəkatı təşkilatlanmaya doğru deyil, parçalanmaya doğru gedir.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ