Bu gün UEFA superkubokunun qalibi müəyyənləşəcək.
7News.Az-ın məlumatına görə, həlledici oyunda Çempionlar Liqasının son qalibi “Real” (Madrid) və Avropa Liqasını qazanan “Sevilya” üz-üzə gələcək.
Norveçin Tronheym şəhərində keçiriləcək İspaniya derbisi Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.








