Benzema het-trek edib.
İspaniya Premyerasının 16-cı turunun matçında madridin “Real” komandası “Santyaqo Bernabeu” stadionunda “Rayo Valyekano”nu 10:2 hesabı ilə darmadağın edib.
“Qaymaqlar” Danilonun dəqiq zərbəsi sayəsində qol vura biliblər, amma sonra iki qol buraxıblar.
Qonqalrda Antonio Amaya hesabı bərabərləşdirib, Hosabed isə onları hesabda irəli çıxarıb. Bir neçə dəqiqə keçdikdən sonra “Rayo Valyekano”da Titonun meydandan çıxarılmasından sonra on nəfər qalır.
Ev sahibləri meydanda say üstünlüklərindən istifadə edərək, birinci taymın ortasında Qaret Beylin zərbəsi ilə hesabı bərabərləşdiriblər. Bir neçə dəqiqə sonra isə qonaqlardan bir nəfər də meydandan çıxarılıb, ikinci sarı vərəqəni Raul Baena alıb.
11 metrlik zərbəni Kriştianu Ronaldu vuraraq hesabı 3:2 edib. Birinci taymın sonunda Beyl “Rayo”nun qapısına daha bir qol vurub.
İkinci taymda ev sahiblərinin azarkeşləri komandaalrını daha altı qolunun şahidi oldular: Qaret Beyl işi pokera çatdırdı, Kərim Benzema het-trek etdi, Ronaldu isə təvazökarcasına dubl ilə kifayətləndi.
Beləliklə madridin “Real”ı çempionatın üçüncü sətirində qaldı, o, “Barselona” və “atletiko”dan iki xal geridə qalıb.
“Real Madrid” – “Rayo Valyekano” 10:2
Qollar: Danilo, 3 (1:0); Amaya, 10 (1:1); Hoabed, 12 (1:2); Beyl, 25 (2:2); Ronaldu, 30 (3:2); Beyl, 41 (4:2); Benzema, 48 (5:2); Ronaldu, 53 (6:2); Beyl, 61 (7:2); Beyl, 70 (8:2); Benzema, 79 (9:2); Benzema, 90 (10:2).
Meydandan kənar edilmə: Tito,14; Baena, 28.
Hakim: İqnasio Vilyanueva./oxu
7news.az








