RU
18:50
613

"Real"ın cəzası yüngülləşdirildi

Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) FİFA tərəfindən İspaniyanın "Real Madrid" klubuna qoyulan transfer qadağasının müddətini azaldıb.

Madrid təmsilçisinin cəza müddəti 1 transfer pəncərəsi olub.

Ali futbol qurumu 18 yaşadək futbolçuların transferində qanunsuzluq aşkarladığı üçün "Real Madrid"ə 2 transfer pəncərəsində futbolçu keçidi etmək qadağası qoyub. CAS-ın qərarına əsasən, cəza müddəti 2017-ci ilin qış transfer pəncərəsinə şamil olunacaq.

CAS Madird "Atletiko"sunun eyni əmələ görə cəzalanmasına isə münasibət bildirməyib.

Qeyd edək ki, 2014-cü ildə isə İspaniyanın "Barselona" klubu analoji hadisəyə görə, 2 transfer dövründə heç bir futbolçu keçidi reallaşdırmayıb.

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ