"Real"ın qapıçısı Keylor Navas zədələnib.
7News.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytında məlumat verilib.
Lakin dabanından zədə alan Kosta-Rika millisinin üzvünün hansı müddətə sıradan çıxdığı məlum deyil. Buna aparılacaq tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, Navas 2014-cü ildə "Levante"dən Madrid "Real"ına transfer olunub.








