“Real”ın (Madrid) hücumçusu Qaret Beyl ikinci dəfə ata olub.
7News.Az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu gün 26 yaşlı futbolçunun qızı dünyaya gəlib. Ona Nava Valentina adı verilib.
Futbolçunun ilk qızı Alba Violeta 2012-ci il oktyabrın 21-də dünyaya gəlib.
Uelsli forvard “Tvitter” səhifəsində qızı ilə olan fotosunu paylaşıb.








