RU
18:40
1260

"Receb İvedik 5"-də azərbaycanlıları QƏZƏBLƏNDİRƏN SƏHNƏ - VİDEO (YENİLƏNİB)

Baş rolda Şahan Gökbaharın çəkildiyi "Receb İvedik 5" filminin fraqmentdəki bəzi səhnələr sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

7News.az xəbər verir ki, idmançı rolunu canlandıran aktyorun filmdə azərbaycanlı boksçu ilə mübarizəsi sosial şəbəkədə birmənalı qarşılanmayıb. Sözügedən səhnədə Recep İvedik azərbaycanlı boksçunu döyərək rinqin bir küncünə atır.

Aktyor Şahan Gökbakar "Instagram" hesabında azərbaycanıların onun ünvanına yazdığı tənqidlərə cavab verib. O, bildirib ki, fraqmentdə hadisələr yarımçıq verilib: "Qardaş, filmi izlədikdən sonra görəcəksən ki, Rəcəp bir-birimizə vurmayaq deyir. Bundan sonra azərbaycanlı boksçu ona iki dəfə vurur və "Mən burda cəng etməyə gəlmişəm" deyir".

7News.az




BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ