RU
13:54
462

"Referendumun nəticələri böyük islahatların başlanğıcıdır" - Azay Quliyev

ATƏT PA-nın Makedoniyanın paytaxtı Skopyada keçiriliən 15-ci payız sessiyası oktyabrın 1-də işini davam etdirib 

Qurumun Daimi Komitəsinin iclasında ATƏT PA-nın vitse –prezidenti Azay Quliyev Cənubu Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycanda keçirilən referendumla bağlı toxunduğu məsələ ilə əlaqədar çıxış edib.

Millət vəkili bildirib ki, sentyabrın 26-da keçirilən referendumun nəticələri Azərbaycan xalqının iradəsini ifadə edir və Konstitusiyaya edilən əlavə və dəyişikilər xalqımızın maraqlarına tam cavab verir: "Referendumun nəticələri yeni islahatların başlanğıcıdır və Azərbaycan xalqı bu məsələyə böyük ümidlə yanaşır.

Referendumu 30 ölkədən olan 147 beynəlxalq və minlərlə yerli müşahidəçi, o cümlədən AŞPA –nın nümayəndələri yaxından izləmiş və referendumun keçirilməsini və onun rəsmi nəticələrini azad, ədalətli , demokratik və legitim hesab etmişdir. Səsvermə zamanı seçicilər böyük fəallıq nümayiş etdirmişlər".
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ