Gənclər üçün Təhsil Mərkəzi (GTM) “Region gənclərinin fərdi inkişafı” proqramı çərçivəsində Lənkəranda növbəti təlimlərə başlayıb.
GTM-dən bildiriblər ki, təlim çərçivəsində gənclərə şəxsi inkişaf, uğur formulu, karyera planlaması, motivasiya və digər mövzular barədə məlumat verilir. “Fərdi inkişaf və karyera planlaşdırılması” mövzusundakı təlimin əsas məqsədi yeniyetmə və gənclərin fərdi bacarıqlarını inkişaf etdirmək, onların karyera imkanlarını səmərəli şəkildə dəyərləndirmələrinə töhfə verməkdir.
Qrup məşğələləri formatında davam edən təlim GTM-in icraçı direktoru Fəxrəddin Həsənzadə tərəfindən keçirilib. Təlim proqramında Lənkəran şəhər gənclər və idman idarəsinin nəzdində fəaliyyət göstərən “Xan Lənkəran Könüllüləri Klubu”nun fəalları da iştirak ediblər.








