Türkiyənin baş naziri Binəli Yıldırım Moskvada bəyan edib ki, regionun gələcəyi Türkiyə və Rusiyadan asılıdır.
7News.Az xəbər verir ki, bu barədə "Anadolu” agentliyi məlumat yayıb.
"Rusiya-Türkiyə əlaqələri sadəcə iki ölkənin əlaqələri deyil. Bu, hər şeydən əlavə regionun həyatına əhəmiyyətli dərəcədə təsir edir. Biz öz regionumuzun gələcəyini müəyyənlişdirmək iqtidarındayıq”, - deyə türkiyəli baş naziri bildirib.
Qeyd edək ki, B.Yıldırımın baş nazir təyin olunandan sonra ilk dəfə Rusiyaya rəsmi səfər edib.








