RU
“Regionun və dünyanın səbir kasası dolub” - İrandan Ermənistana sərt xəbərdarlıq
15:40
930

“Regionun və dünyanın səbir kasası dolub” - İrandan Ermənistana sərt xəbərdarlıq

"Ermənistanın Azərbaycanın Gəncə şəhərinə vəhşicəsinə hücumunu kəskin şəkildə qınayırıq".

7News.Az xəbər verir ki, bunu İran parlamentinin ictimai komitəsinin sədr müavini Vəli İsmaili deyib.

V.İsmailinin sözlərinə görə, Ermənistanın bu hücumu nəticəsində mülki vətəndaşlar və uşaqlar həlak olub.

O, artıq regionun və dünyanın azadlıq sevərlərinin səbir kasasının dolduğunu vurğulayıb.

Qeyd edib ki, beynəlxalq dairələrin bu hərbi cinayət qarşısında susmaları təəssüf doğurur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ