Türkiyə TFF I Liqasında maraqlı hadisə baş verib.
Aşağı dəstədə mübarizə aparan "Balıkesirspor"un futbolçusu Cenero Zefuik polisə düşüb.
Buna səbəb isə onun klubun muzeyindəki kubokları qəsb etməsidir. Belə ki, hollandiyalı oyunçu vətəninə getmək üçün rəhbərlikdən icazə və bir miqdar pul istəyib.
Rəhbərlikdən istədiyi cavabı ala bilmədikdə isə kubokları götürən və rəhbərliyə şəkillərini yollayaraq ya bunlar, ya da pul tələbi qoyan oyunçu haqqında polisə şikayət edilib.
Daha sonra sərbəst buraxılan oyunçu komanda yoldaşlarının maddi yarıdmı ilə vətəninə yola düşüb.//apasport.az
7News.az








