Yeni il gecəsi İstanbulun "Reina” gecə klubunda terror aktı törədərək onlarla insanı qətlə yetirən terrorçu Əbdülqədir Maşaripovun polisə verdiyi ifadəsinin tam mətni yayılıb.
7News.az Türkiyə mətbuatına istinadən bildirir ki, Maşaripov terror aktı barədə təlimatı İŞİD liderlərindən olan Əbu Cihaddan aldığını deyib.
O bildirib ki, bir neçə il öncə də Pakistanın Bader şəhərində bir hərbi maşının altına bomba yerləşdirib partladıblar. Maşaripov Türkiyəyə 2016-cı ildə qeyri-qanuni yollarla gəlib: "Ailələ 4 ay Zeytinburnunda qaldıq. Sonra Qayaşəhərdə bir ev kirəyələyib ora köçdük. Suriyadakı İŞİD əmirindən 2016-cı ilin noyabr ayında "Konyaya get” təlimatı aldım. Ailəmlə Konyaya köçdük. Konyada 1 ay qaldıktan sonra İstanbula gəldim”.
Terrorçu bildirib ki, İŞİD rəhbərliyi ilə xəbərləşməni telefonlarda olan "Telegram” proqramı vasitəsilə həyata keçirib: "İŞİD-in Suriyadakı əmiri zəng edib "canlı bomba olacaq biri varmı?” deyə soruşdu. Mən də "araşdıraram” dedim. O isə məndən bunu etməyimi istədi. Dekabrın 26-da terror barədə planı həyata keçirməyə başladım. Həmin gecə "Telegram”dan bir nəfər mənə teraktı qəbul edən şəxsin mən olub-olmadığımı soruşdu. Məni avtobus dayanacağına çağırdı. Rusca danışan qafqaz əsilli biri yanıma gəldi. Mənə yaddaş kartı və 700 lirə verdi. "Özünə yeni ev kirəyə tut" dedi. Evə gedib yaddaş kartına baxdım. Terraktla bağlı rusca səs yazısı var idi. Əbu Cihad adlı biri yazdı ki, səs yazısı ona məxusudur. Dekabrın 27-də Taksimdə kamerayla ətrafı çəkdim. Sonra Başakşəhərdə tutduğum yeni evə getdim. Ailəmi da oraya apardım”.
Terrorçu silahı necə aldığını da deyib: "Həmin şəxs mənə "Yeni il gecəsi Taksimdə nə edə bilərsən?” dedi. Mən də oraya xarici vətəndaşların gəldiyini, avtomatla onlara atəş açacağımı bildirdim. O, məndən özümü partlatmağımı tələb etdi”.
Maşaripov terror aktı barədə arvadına da məlumat verdiyini deyib: "Hava yağışlı idi. Buna görə də Taksimə silahla gəlməyin çətin olacağını düşündüm. Həm də Taksimdə çox adam olmayacağını Əbu Cihada yazdım. Bundan sonra ondan yeni təlimat gəldi. Dedi ki, bu saatda Taksimdə heç kim olmaz, "Reina” adlı bir klub var, orada terror törədə bilərəm. Taksiyə minib silahsız halda "Reina”ya getdim. Ətrafı izlədim, içəri girmədim. Əbu Cihaddan tələb etdim ki, mənə içəridən görüntü versin. Mənə içəridə oynayanların videosunu atdı”.
Qatil 39 nəfəri necə öldürdüyünü də danışıb: "Bel çantamda maqazinlər var idi. Əl çantasına da avtomatı qoydum. Bombaları cibimə qoyub "Reina”ya getdim. Yolda telefonumu sındırıb atdım. Qapının ağzında polis var idi. İçəri girmək üçün onu vurdum. İçəri girəndə hədəf seçmədən maqazinlər boşalana qədər ətrafa atəş açdım. Ardınca da iki əl bombası atdım. Kurtkamı niyə çıxardığımı xatırlamıram. Bombalarından biri əlimdə partladı, əlim yaralandı. Öldüyümü düşündüm. Az sonra huşum yerinə gəldi, ayağa qalxıb çölə çıxdım”.
Maşaripov hadisə yerindən necə qaçdığının detallarını da açıqlayıb: "Yolda maşınımızı polis saxladı. Arxada oturmuşdum. Polis diqqətlə mənə baxdı, biri isə başını pəncərədən içəri saldı. O an ona başından atəş açmağı düşündüm. Son anda fikrimi dəyişdim. Polislərə atəş açıb qaçdıq. Polis ardımızca gəldi, lakin bir müddət sonra izləməni saxladılar. Sonra maşından düşüb bir binada gecəyə qədər gözlədim. Silahı da orada gizlətdim. Əbu Cihada yazdım. Əbu Cihad dalımca bir iraqlı göndərdi. Mənə "Ölü kimi yaşa və heç bir yerə tərpənmə" dedi. Amma sonra elə həmin evdə yaxalandım”.
Xatırladaq ki, "Reina"da törədilən terror aktınd 39 nəfər ölüb, onlarla insan yaralanıb.//cebhe.info
7News.az








