RU
10:01
324

"Reina" terrorçusu tək olmayıb — İDDİA

 "Reina" gecə klubunda terror aktı törədən şəxsin tək olmadığı güman edilir.

İstintaq video materiallara əsasən bu qənaətə gəlib.

Terrorçunun kamera görüntülərini araşdıran istintaq qrupu terrorçunun şalvarının müxtəlif rəngdə olduğunu aşkarlayıb.

Bu detal terrorçunun müxtəlif yerlərdə olan videolarına əsasən müəyyənləşdirilib.

İstintaq qrupu terrorçunun hadisə yerindən dəniz yolu ilə qaçdığı versiyasını da araşdırır.

Hadisə şahidləi də gecə klubuna basqın zaman çarpaz atəş altına düşdüklərini və sonradan yaralıların başına atəş açıldığını demişdilər.

Terrorçunun uyğur türkü olduğu güman edilir və onun axtarışları davam etdirilir./olke.az

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ