RU
10:16
533

"Reina" terrorundan 48 saat sonra qarşılaşıblar: başından vurmaq istədim, sonra...

İstanbul Terrorla Mübarizə İdarəsi qrupları tərəfindən tutulan "Reina" terrorçusu Abdulqadir Maşaripovun dindirilməsi avam edir.

7News.az Milliyet-ə istinadən xəbər verir ki, "Reina" terrorçusu Abdulqadir Maşaripovun "Reina" hücumundan 48 saat sonra Bakırköydə polis yoxlanışından keçdiyi ortaya çıxıb. Onun arxa oturacaqda əyləşdiyi taksini saxlayan polisi vurmaq istədiyini söyləyib. Sorğu-sual zamanı polisin ona diqqətlə baxdığını izah edən terrorçu: "Bu an polisi başından vurmaq istədim. Son anda fikrimdən daşındım", - deyib.

Pakistanın Bader şəhərində hərbi maşının altına partlayıcı yerləşdirib uzaqdan idarə etməklə partlatdıqlarını söyləyən terrorçu Türkiyəyə 2016-cı ilin əvvəlində qeyri-qanuni yolla gəlib.

Hücum üçün Ortaköyə getməzdən əvvəl Zeytinburnunda özbək əsilli adamdan bir bel çantası, bir də əl çantası aldığını ifadə edən Maşaripov 39 adamı qətlə yetirdiyi anları belə izah edib:

"Kürək çantamda maqazin var idi. Əl çantama da silahı qoydum. Bombaları cibimə qoyaraq hərəkət üçün yola çıxdım. Taksiylə "Reina"ya getdim. "Reina"ya gedərkən mobil telefonumu qırıb atdım. Klubun girişində bir polis var idi. İçəri girmək üçün polisi vurdum.
İçəri girdiyimdə hədəf güdmədən bütün maqazin bitənə qədər atəş açdım. 2 əl bombası atdım. (Fleşbenq tipi patlayıcıdan bəhs edir - red.) Gödəkçəmi niyə çıxardığımı xatırlamıram, o an psixoloji vəziyyətimlə bağlı olub hər halda.
Cibimdəki son əl bombasını çıxararaq ipini çəkdim. Fleşbenq əlimdə partladı. Sol əlimdən yaralandım, sonra sağaldım".

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ