RU
Rəis, pivə içmişəm də- Sürücü maşını polisin üstünə sürdü
14:01
422

Rəis, pivə içmişəm də- Sürücü maşını polisin üstünə sürdü

"Rəis, pivə içmişəm də"

Astarada qayda pozuntularını aşkarlamaq məqsədi ilə keçirilən reyd zamanı 50-yə yaxın nəqliyyat vasitəsi saxlanılıb. Onlardan 20-si barədə inzibati protokol tərtib edilib.

7News.az xəbər verir ki, reyd zamanı polisin saxla əmrinə məhəl qoymayaraq aradan çıxan və sükan arxasında sərxoş tutulan sürücülərə də rast gəlinib.

Polisin "Nə üçün spirtli içki içib maşın sürürsən?" sualına sürücü: "Rəis, pivə içmişəm də", - cavabını verib.

Reyd zamanı protokollar əsasən spirtli içki içərək nəqliyyat vasitəsini idarə etmək, təhlükəsizlik kəmərindən istifadə etməmək, sürücülük vəsiqəsinin olmaması və texniki baxışdan keçməyən avtomobillərlə bağlı yazılıb.

Qeyd edək ki, müxtəlif qayda pozuntularının aşkarlanması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində Astara rayonunda belə reydlər davam etdiriləcək.

Videonu izləmək üçün şəklə klikləyin://ARB TV

7News.az

Sərxoş sürücü, maşını polisin üstünə sürdü - Reyddə gərginlik

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ