RU
Rəislə reyestr xidməti rəhbərinin müdhiş korrupsiyası ifşa olundu - GÖYÇAYDA
11:55
1034

Rəislə reyestr xidməti rəhbərinin müdhiş korrupsiyası ifşa olundu - GÖYÇAYDA

Göyçayın Qızılağac kənd sakini Şirinova Tükəzban Salman qızı müraciət edib.

Onun sözlərinə görə, Göyçay rayon İcra Şöbəsinin rəisi İlqar Abdurrahmanov və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Ucar şöbəsinin müdiri Pəhləvan Gülaliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edib. 

T.Şirinova bildirib ki, Göyçay rayon məhkəməsinin 23 may 2016-cı il tarixli 2(046)-37/2016 nömrəli qətnaməsini qəsdən icra etmirlər: "Saxtakarlıq edib bizə məxsus torpaq sahəsini başqasının kimi göstəriblər.

Həmin iş üzrə cavabdeh Mahmudov Gündüz Ağaəli oğlundan rüşvət alıb süründürməçilik yaradıb sənədləri saxtalaşdırıblar. 

Məqsəd isə G. Mahmudovun həmin zəbt etdiyi torpaq sahəsindəki meyvələri yığıb satmasına şərait yaratmaqdır. G.Mahmudov həmin yerdəki meyvələrdən hər il küllü miqdarda qazanc əldə edir.

Göyçay rayon məhkəməsinin 23 may 2016-cı il tarixli qətnaməsi ilə iddiam qismən təmin edilmiş, torpağa mülkiyyət hüququna JN-002 KOD 40808018 saylı dövlət aktına əsasən mənim və ailə üzvülərimin ümumi-birgə mülkiyyətimizdə olan 5,40 hektar pay torpaq sahəmizin 1.32 ha hissəsindən G.Mahmudovun çıxarılması və həmin torpaq sahəsinə daxil olmasına son qoyulması qət edilib”.

Şikayətçi əlavə edib ki, dövlət idarəsini kolxoz bazarına döndərmiş P.Gülaliyev və İ. Abdurrahmanov rüşvət alaraq həmin qətnaməni qəsdən icra etmir: 

"Pay torpağını mərhum prezidentimiz Heydər Əliyevin imzası ilə bizim ailəyə veriblər. G.Mahmudov həyat yoldaşım öləndən sonra həmin qanunu torpağımızı zəbt edib üzərindəki ağaclarının meyvəsini hər il satıb küllü miqdarda qazanc əldə edir. 

G. Mahmudov bizə açıq aşkar qorxmadan dedi ki, nə qanun var nə də ki, dövlət, mən qanunları pulla alıram, özünüzü öldürsəniz də xeyri yoxdur.

Mənim 74 yaşım var, dövlət qanunlarını daima ali tutmuşam. Ancaq P. Gülaliyev və İ. Abdurrahmanov özbaşınalıqla məşğul olurlar. İki dəfə Zərdab və Sabirabadda Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qəbulunda olub bu saxtakarlıqlar barədə məlumat vermişəm, sənədlər təqdim etmişəm. Ancaq heç bir tədbir görülməyib”./politika.az
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ