7NEWS.az xəbər verir ki, yüksək qan təzyiqi, siqaret, diabet, piylənmə və həddindən artıq çəki artımı kimi bir çox faktor ürək xəstəliyi riskini artırır. Dünyada hər il 20 milyona yaxın insanın ürək xəstəliklərindən öldüyü məlum olsa da, xəstəliyin əlamətləri arasında döş qəfəsində ağrı, nəfəs darlığı və yorğunluq var. Ancaq Britaniya Ürək Fonduna görə, ürək xəstəlikləri üzümüzdəki dəyişikliklərlə də özünü göstərə bilər.








