RU
`Reket` baş redaktorların həbsi ilə bağlı - Açıqlama
17:23
537

`Reket` baş redaktorların həbsi ilə bağlı - Açıqlama

"Azərbaycan Mətbuat Şurası yarandığı gündən media məkanındakı neqativ hallara, sui-istifadələrə qarşı mübarizə aparır. Bu məqsədlə "Reket juranlistika”ya qarşı mübarizə Komissiyasını yaratmışıq”.


Bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib. MŞ sədri bildirib ki, komissiyanın rəyləri əsasında peşə prinsiplərinə etinasız yanaşan kütləvi informasiya vasitələrinin adları "qara siyahı”ya daxil edilir:

""Qara siyahı” mütəmadi olaraq yenilənir və bu barədə cəmiyyətə məlumat verilir. Əlbəttə, "reket jurnalist” deyilərkən biz məsələnin hüquqi tərəfləri üzərində dayanmırıq. Ancaq o da nəzərə alınmalıdır ki, belə kütləvi informasiya vasitələrinin "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na sayğısızlığı həm də hüquqi müstəvidə dəyərləndirilə bilən hadisədir. Bu cür şübhələrimiz olduğu təqdirdə müvafiq materialları hüquq-mühafizə orqanlarına təqdim edirik. Tədbirlərimiz ictimai qınağa əsaslanır. Barəsində Mətbuat Şurasına şikayət edilən nəşrin peşə prinsiplərinin hansı bəndlərini pozduğu diqqətə çatdırılır və məsələ bu qaydada ictimailəşir. Ancaq təcrübə göstərir ki, bir çox hallarda ictimai qınaq tədbiri yetərsiz olur”

MŞ sədri qeyd edib ki, "Bizim dövr” və "Gündəlik Bakı” qəzetlərinin baş redaktorları və onlarla birgə müxtəlif şəxslər saxlanılıb: "Hazırda məsələ araşdırılmaqdadır. Konkret nəticəyə araşdırmanın yekunlarından sonra gəlmək mümkündür. Əgər sözügedən şəxslər həqiqətən də qanunları pozublarsa, müvafiq qaydada məsuliyyət daşımalıdırlar. Peşə prinsiplərinə etinasızlıqlarına gəldikdə, onu deyə bilərəm ki, onların rəhbərlik etdikləri media orqanları barədə şikayətlər indinin özündə də az deyil”./azvision.az

 

7News.Az

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ