Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda reket mollaların mövcudluğu ilə bağlı maraqlı fikirlər səsləndirib.
Maraqlıdır, eyniylə reket junalistlərə qarşı olduğu kimi, reket mollalara qarşı da həbslər həyata kçeirilməlidirmi? Onlara qarşı kimlər necə mübarizə aparmalıdır?
Millət vəkili Araz Əlizadə açıqlamasında bu problemlə əlaqədar qurumların mübarizə aparmalı olduğunu vurğuladı:
"Hesab edirəm ki, belə bir problem varsa, buna qarşı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və hüquq-mühafizə orqanları mübarizə aparmalıdır. Çünki bu cür halların aşkar edilməsi və aradan qaldırılması sözgüedən qurumların işidir. Bu baxımdan məlum problemə qarşı mübarizə də bu qurumlar tərəfindən həyata keçirilməlidir. Çünki qanun hansı sahə və sferada təzahür etməsindən asılı olmayaraq reketçilik fəaliyyətini qadağan edir”.//politika.az
7News.az








